Ötən həftə (6-10 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 129,034 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,304 dollar və ya 1,82% çoxdur.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (V gün) – 131,15 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 127,13 dollar səviyyəsində olub. (Apa)