Dünya bazarında neftin ucuzlaşması Azərbaycan neftinin qiymətinə də təsir edib.
FED.az xəbər verir ki, iyulun 12-də keçirilən hərracların nəticəsi olaraq Azərbaycan neftinin bir barelinin qiyməti 6,19 dollar ucuzlaşaraq 120,10 dollardan 113,91 dollara enib.
Xatırladaq ki, dünyabazarında neftin qiyməti 100 dollardan aşağı enib. Ucazlaşmanın səbəbi Çində COVİD-19 virusunun yayılmasının yenidən artmasıdır.