Dünya bazarında Azərbaycan nefti kəskin bahalaşıb.
FED.az xəbər verir ki, dünən, avqustun 18-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 barelinin qiyməti 3,27 dollar və ya 3,58% bahalaşaraq 94,58 dollar olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollardan götürülüb.
İndiyədək «Azeri Light» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) olub.












