Həftə ərzində (22-26 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 81,06 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,56 dollar və ya 1,9% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 83,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 73,91 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 7,66 dollar və ya 9,4% azalıb.