Həftə ərzində (31 yanvar – 4 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 95,39 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3 dollar və ya 3,2% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (V gün) – 99,3 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 94,2 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 5,1 dollar və ya 5,4% artıb.