Ötən həftə ərzində (4-8 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 47,3%-a yaxın bahalaşıb.
Eləcə də bax: Səudiyyə Ərəbistanı davam gətirmədi - ƏDV 3 QAT ARTDI, DÖVLƏT YARDIMLARI AZALDI
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 9,36 ABŞ dolları və ya 47,27% artaraq orta hesabla 29,16 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 31,33 dollar təşkil edib, ən minimal göstərici isə 24,11 dollar səviyyəsində olub.