Həftə ərzində (14 – 18 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 108,68 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 16,72 dollar və ya 13,3% azdır.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (IV gün) – 112,01 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 104,48 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 2,59 dollar və ya 2,36% artıb. (Apa)