Həftə ərzində (13-17 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 75,92 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,18 dollar və ya 0,24% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (IV gün) – 77,10 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 75,05 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 1 dollar və ya 1,3% azalıb.