Bu həftə ərzində (1-5 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 4,69 ABŞ dolları və ya 13,1% artıb.
Eləcə də bax: Azərbaycan nefti son 3 ayda - ƏN YÜKSƏK HƏDDƏ
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,53 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 43,38 dollar təşkil edib, ən minimal göstərici isə 38,14 dollar səviyyəsində olub.