Həftə ərzində (6-9 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,49 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,15 dollar və ya 1,8% azdır.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 62,98 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 61,63 dollar səviyyəsində olub.