Dünya bazarında Azərbaycan neftinin yeni qiyməti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, martın 20-də London birjasında keçirilən hərraclarda neftin bir barelinin qiyməti 122,9 dollar yüksəlib, son bir gündə neft 0,2 dollar bahalaşıb. Xatırladaq ki, bir gün əvvəl neftin qiyməti 122,7 dollar idi.
Birjalarda Azərbaycan neftinin qiyməti «Brent» markalı neftdən təxminən 10 dollar bahadır.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar götürülüb. Yəni hazırda dünya qiymətləri büdcədəki qiyməti təqribən 58 dollar və ya 90% üstələyir.











