Bu həftə (20-24 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 120,074 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 7,75 dollar və ya 6,1% azdır.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 121,73 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 117,78 dollar səviyyəsində olub. (Apa)