Bu həftə (5-9 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 95,222 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,516 dollar və ya 3,56% azdır.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 99,06 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 92,3 dollar səviyyəsində olub. (Apa)