Azərbaycanın xarici bazarlara çıxardığı «Azeri light» markalı neft martın 17-də kəskin bahalaşıb.
FED.az xəbər verir ki, neftin qiyməti bir gündə 8 dollardan artıq bahalaşaraq 104 dollardan 112 dolar yüksəlib.
Bu qiymət neftin büdcədəki qiymətindən 2,2 dəfə yüksəkdir. Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində neftin proqnoz qiyməti 50 dollar nəzərdə tutulub.
Neftin qiymətinin hər 10 dollar artması Neft Fonduna əlavə 1,4 milyard dollar gəlir gətirir.