Dünya bazarında Azərbaycan nefti kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, yanvarın 4-də London birjasında keçirilən hərracların nəticəsi olaraq Azeri Light neftinin qiyməti 5,64 dollar ucuzlaşaraq 87,99 dollardan 82,35 dolara enib. Bu neftin bir gündə 6,4% ucuzlaşması deməkdir.
Xatırladaq ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulub.