Ötən həftə ərzində (21-25 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 1,39 ABŞ dolları və ya 2,21% artaraq orta hesabla 64,6 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 66 dollar təşkil edib.