CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,28 dollar/barel çoxdur.
FED.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,94 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,38 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.