Azərbaycan nefti 90 dolları keçdi - SON QİYMƏT 10:18 27 Aprel 2024 Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,78 ABŞ dolları və ya 2% artaraq 90,68 dollar təşkil edib.