Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin artıb.
FED.az xəbər verir ki, «Azeri light» markalı neftin qiyməti dünən martın 21-də 8 dollara yaxın bahalaşaraq 111,95 dollardan 119,57 dollaar yüksəlib.
Xatırladaq ki, qiymətlər Rusiya-Ukrayna münaqişəsi və Qərbin Rusiya neftinə sanksiyaları fonunda yüksəlir.
Azərbaycanın 2022-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb.