Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.32 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib.