Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 70.79 ABŞ dolları təşkil edib.