Azərbaycan nefti 40 dollara yaxınlaşır – YENİ QİYMƏT
11:2330 May 2020
Dünya bazarında Azərbaycan neftinin qiyməti artmaqdadır.
FED.az xəbər verir ki, mayın 29-da Azeri light neftinin qiyməti 1,3 dollar və ya 3,6% bahalaşaraq 37,14 dollar olub. Bu martın əvvəlindən bəri neftin ən yüksək qiymətidir.