Azərbaycan neftinin qiyməti artıq 3 həftədir ki, büdcədə nəzərdə tutulan 70 dollarlıq həddən aşağı qiymətə satılır.
Hələlik pis deyil: Büdcədə 70 dollar hesablanan neftin - 6 AYLIQ QİYMƏTİ AÇIQLANDI
FED.az xəbər verir ki, avqustun 5-dən etibarən Azərbaycanın xarici bazarlara nəql etdiyi «Azeri Light» markalı neftinin satış qiyməti 70 dollardan aşağıdır.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsinni gəlirləri tərtib edilərkən neftin 1 barelinin qiyməti baza ssenaridə 70 dollar götürülüb. Yeri gəlmişkən, hökumət ilin ilk yarısının nəticələri ilə bağlı büdcəyə qənaət edəndə bu rəqəm dəyişməyib.
Amma avqust ayında neftin qiymətində enmə baş verib.
Belə ki, «Azeri Light» markalı neft sonuncu dəfə 70 dollardan yuxarı qiyimətə avqustun 4-də satılıb - -$70.59.
Bundan sonrakı günlərdə isə qiymətlər 70 dollardan ucuzdur.
05.08.2025 - Azeri Lt $69.14
06.08.2025 - Azeri Lt $69.42
07.08.2025 - Azeri Lt $67.66
08.08.2025 - Azeri Lt $67.86
11.08.2025 - Azeri Lt $67.98
12.08.2025 - Azeri Lt $67.45
13.08.2025 - Azeri Lt $66.72
14.08.2025 - Azeri Lt $68.10
15.08.2025 - Azeri Lt $68.59
18.08.2025 - Azeri Lt $68.13
19.08.2025 - Azeri Lt $68.34
20.08.2025 - Azeri Lt $68.90
21.08.2025 - Azeri Lt $69.48
22.08.2025 - Azeri Lt $69.73
26.08.2025 - Azeri Lt $69.30
27.08.2025- Azeri Lt $69.61
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında «Azeri Light» markalı xam neftin bir barelinin orta ixrac qiyməti 73,8 dollar olub.