Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,68 ABŞ dolları və ya 2,94% artaraq 93,84 dollar təşkil edib.
Xatırladaq ki, 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib. Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) – 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.