Azərbaycan neftinin 2023-cü ildə ilk qiyməti açıqlanıb.
FED.az xəbər verir ki, yanvarın 3-də London birjasında keçirilən hərracların nəticəsi olaraq “Azeri Light” markalı neftin bir barelinin qiyməti 9 sent azalaraq 87,99 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.