Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti martın 24-də 2,28 dollar, yaxud 1,82 % azalıb.
FED.az xəbər verir ki, neft 123,29 dollara enib. Xatırladaq ki, bir gün əvvəl neftin qiyməti 125,57 dollar idi.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb.