ABŞ və İsrailin İrana hücumu və başlayan müharibə nəticəsində Azərbaycan nefti də bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, martın 19-da London birjasında keçirilən hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,91 dollar və ya 4,17 % artaraq 122,7 dollara yüksəlib. Brent neftinin qiyməti isə 117,4 dollar olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 65 dollardan hesablanıb.











