Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.
FED.az xəbər verir ki, sentyabrın 8-də Londonda keçirilən hərracların yekununda «Azeri light» markalı neftin qiyməti 97,06 dollar həddində qeydə alınıb.
Son bir gündə neft daha 0,63 dollar və ya 0,6 faiz bahalaşıb.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ardıcıl 2 həftədir ki, bahalaşmaqdadır – bu dövrdə neftin qiyməti10 dollar artaraq 87 dollardan 97 dollara yüksəlib.
Bu büdcədə nəzərdə tutulan həddən – yəni 60 dollardan 37 dollar yüksəkdir.