Son 10 gün ərzində Azərbaycan neftinin qiyməti kəskin artıb.
Dünya bazarlarında neft bahalaşıb - SON QİYMƏT
Belə ki, FED.az-ın məlumatına görə 10 gün əvvəl 74 dollar olan Azərbaycan nefti bu gün 79 dollara yüksəlib.
Dekabrın 24-ü Azərbaycan neftinin qiyməti 74,26 dollar olub. Sonra neftin qiymətində artım müşahidə edilib, dekabrın 25-i qiymət 75,37 dollar, dekabrın 28-i qiymət 76,12 dollar, dekabrın 31-i iqiymət 76,45 dollar və yeni ildəki ilk qiymət yəni yanvarın 1-i 77 dollar təşkil edib. Yanvarın 4-ü isə neftin qiyməti 79 dollara qalxıb, 80 dollara yaxınlaşıb.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il Dövlət Büdcəsində neftin qiyməti 70 dollardan götürülüb.