Bu ilin mart ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 473 min barel təşkil edib.
Neft qiymətləri çökməkdə davam edir: Brent 60 dollar! – AZƏRBAYCAN ÜÇÜN PİS SSENARİ BAŞLANDI?
FED.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı fevral ayı ilə müqayisədə 2 min barel və ya 0,42 % azdır.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, martda faktiki hasilat 78 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 471 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub. (Report)