Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barel) təşkil edib.
Neft qiymətləri çökməkdə davam edir: Brent 60 dollar! – AZƏRBAYCAN ÜÇÜN PİS SSENARİ BAŞLANDI?
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 62,6 min tonunu (gündəlik 462 min barel) neft, 14,3 min tonunu (118 min gündəlik barel) kondensat təşkil edib.
Beləliklə, Azərbaycan martda OPEC kvotasından 83,8 % istifadə edib.
“OPEC plus” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) müəyyən olunub.