Azərbaycan 2023-cü ildə İtaliya və Xorvatiyaya neft tədarükü həcminə görə birinci yeri tutub.
İtaliya Azərbaycandan 7,4 milyard dollarlıq neft idxal edib
FED.az xəbər verir ki, bu barədə Aİ Statistika İdarəsi (Avrostat) bildirir.
Aİ
2023-cü ildə İtaliya və Xorvatiyanın daxil olduğu Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan son dörd ildə maksimum miqdarda neft idxal ediblər, təxminən 20,3 milyon ton (ildən ilə artım 2,6%). Nəql olunan neftin dəyəri 12,4 milyard avro qiymətləndirilir (ildən ilə azalma 18%).
Keçən il Avropa İttifaqı ölkələri arasında Azərbaycandan ən böyük neft idxalçılarının onluğuna İtaliya (6,8 milyard avro dəyərində 11,3 milyon ton), Çexiya (1,2 milyard avro dəyərində 2 milyon ton), İspaniya (875,2 milyon avro dəyərində 1,4 milyon ton), Almaniya (750,3 milyon avro dəyərində 1,2 milyon ton), Xorvatiya (699,2 milyon avr dəyərində 1,15 milyon ton), Portuqaliya (404,6 milyon avro dəyərində 631,3 min ton), İrlandiya (375,3 milyon avro dəyərində 617,3 min ton), Yunanıstan (309,4 milyon avro dəyərində 529,6 min ton), Avstriya (306,6 milyon avro dəyərində 498,7 min ton) və Rumıniya (262,2 milyon avro dəyərində 435,5 min ton) daxil olub.
2023-cü ilin nəticələrinə görə Azərbaycan Aİ-yə ən böyük neft ixracatçılarının onluğuna daxil olub. ABŞ (41,9 milyard avro dəyərində 67 milyon ton), Norveç (35,9 milyard avro dəyərində 53,6 milyon ton), Qazaxıstan (25,8 milyard avro dəyərində 44,2 milyon ton), Səudiyyə Ərəbistanı (20,4 milyard avro dəyərində 35,2 milyon ton), Liviya (20,7 milyard avro dəyərində 34,8 milyon ton), İraq (17,9 milyard avro dəyərində 34,2 milyon ton), Nigeriya (17,9 milyard avro dəyərində 29,1 milyon ton), Böyük Britaniya (14,7 milyard avro dəyərində 24,1 milyon ton) və Rusiyadan (8,8 milyard avro dəyərində 20,4 milyon ton) sonra onuncu ən böyük təchizatçı olub.
İtaliya
Ötən il Azərbaycan (11,3 milyon ton) İtaliyaya ən böyük neft tədarükçüsü olub. Bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat verir.
Avrostatın və İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2023-cü ildə Azərbaycan 2022-ci illə müqayisədə Italiyaya neft ixracını 25% artırıb. Hesabat dövründə İtaliya Azeri Light markalı neft idxalını 2022-ci illə müqayisədə 17,8% - 7,3 milyon tona qədər, Azeri Blend arkalı neftin idxalını - 41,2% - 4 milyon tonadək artırıb.
Avrostatın məlumatlarına əsasəni, nəql ounan neftin dəyəri təxminən 6,8 milyard avro qiymətləndirilir (ildən ilə azalma 0,7%).
Xorvatiya
2023-cü ildə Azərbaycan (1,15 milyon ton) Xorvatiyaya əsas neft tədarükçüsü olub, bu malın ixracatçıları arasında bu ölkəyə müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Qazaxıstanı (400 min ton) və Konqonu (117 min ton) geridə qoyub.
Avrostatın məlumatına görə, ötən il Xorvatiya Azərbaycandan neft idxalını 2022-ci illə müqayisədə 18,5% azaltıb. 2023-cü ildə idxal olunan neftin dəyəri təxminən 699,2 milyon avro (ildən ilə -40,4%) qiymətləndirilir.
Çexiya
Avrostatın məlumatlarına görə, 2023-cü ildə Azərbaycan (2 milyon ton) Rusiyadan (4,3 milyon ton) sonra Çexiyaya ikinci ən böyük neft tədarükçüsü olub. Qazaxıstanın ilk üç ixracatçı (756,3 min ton) siyahısını tamamlayıb.
Çexiya Statistika İdarəsinin məlumatına görə, ötən il Çexiya son dörd ildə Azərbaycandan maksimum həcmdə neft idxal edib, 2022-ci illə müqayisədə idxal 13,9% artıb. Pul ifadəsində tədarükün həcmi təxminən 1,2 milyard avro qiymətləndirilir (ildən ilə azalma 9,2%).
Irlandiya
2023-cü ildə Azərbaycan ABŞ-dan (1,7 milyon ton) sonra Irlandiyaya neft ixracatçıları arasında ikinci yeri tutub, bu ölkəyə rekord həcmdə 617,3 min ton neft nəql edib. Bu barədə “İnterfaks-Azərbaycan” Avrostatın məlumatına istinadən xəbər verir.
2022-ci illə müqayisədə ixrac 16,2% artıb. Tədarükün dəyəri 375,3 milyon avro təşkil edib (ildən ilə azalma 10,4%).
Rumıniya
2023-cü ildə Azərbaycan (435,5 min ton) Rumıniyaya Qazaxıstan (4,8 milyon ton) və Liviyadan (968,3 min ton) sonra üçüncü neft tədarükçüsü olub. Bu barədə Avrostatdan məlumat verilir.
Hesabat dövründə Azərbaycandan Rumıniyaya neft tədarükü say ifadəsində 38,5%, dəyər ifadəsində iki dəfə - 262,2 milyon avroya qədər azalıb.
Digər ölkələr
2023-cü ilin yekunlarına görə Azərbaycan həmçinin Portuqaliya, Macarıstan, Avstriyaya ən böyük beş neft ixracatçısı və Yunanıstan və Polşaya bu məhsulların ilk 10 tədarükçüsü arasında yer alıb. (İnterfaks-Azərbaycan)