Baş nazirinn müavini, Azərbaycan-İran iqtisadi komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində elektrik stansiyasının tikintisi barədə razılıq əldə edilib.
Eləcə də bax: İranın 30 şirkəti Qarabağın bərpasında iştirak etməyə hazırdır
FED.az xəbər verir ki, səfər çərçivəsində Ş.Mustafayev İranın Pezident Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb danışıqlar aparıb.
Energetika Nazirliyində keçirilən görüşdə ölkələr elektroenergetika sahəsində icrada olan layihələrin sürətləndirilməsi müzakirə edilib.
“Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunub, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib.
Görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Şahin Mustafayev görüşlərdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, xüsusilə dini abidələrin dağıdılması və təhqir olunması ilə bağlı ətraflı məlumat verıb, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyini bildirib.