Azərbaycan 2022-ci ilin I rübündə 50 min 442,61 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,1 dəfə çoxdur.
Eləcə də bax: SOCAR-dan benzinin qiymətinin bahalaşması ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $52 milyon 389,94 min (artım 21,9 dəfə) təşkil edib.
$45 milyon 348,48 min dəyərində 43 min 12,19 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 85,3%-i) Rusiyadan, 7 milyon 41,46 min dəyərində 7 min 430,42 ton avtomobil benzini isə Türkmənistandan idxal edilib.
Benzin idxalı 2022-ci ilin fevral və mart aylarında həyata keçirilib.
2021-ci ilin I rübündə Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.
“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci ilin aprel ayının əvvəlindən planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. (İnterfaks)