Bu ilin birinci yarısında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 mln. ton, ixraca nəql edilən həcmlər isə 11,9 mln. ton olub.
Bu il Azərbaycandan Avropaya qaz tədarükünün 79 %-i İtaliyanın payına düşür
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Nazir bildirib ki, bu dövrdə ötən ilin birinci yarımili ilə müqayisədə 4,3% artımla hasil edilmiş 25,1 mlrd.m3 qazın 12,7 mlrd.m3-i ixrac olunub.
"Yanvar - iyun aylarında təxminən Avropaya 6,4 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 2,8 mlrd.m3 qaz nəql edilib. Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6% çoxdur", - P.Şahbazov əlavə edib.