Azərbaycan və Gürcüstan arasında ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə əməkdaşlıq müzakirə edilib.
Azərbaycandan Ermənistana Gürcüstan üzərindən benzinin daşınması ucuzlaşıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
Görüşdə Azərbaycan- Gürcüstan iqtisadi tərəfdaşlığının şaxələndiyini və regional layihələr çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb: "İşgüzar əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin perspektivlərini, ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə əməkdaşlığın gündəliyində olan prioritet məsələləri nəzərdən keçirdik".
















