Azərbaycan Gürcüstanın ən böyük dizel yanacağı təminatçısıdır.
Eləcə də bax: Azərbaycan Gürcüstanın builki təbii qaz tələbatının - 92%-ni Ödəyəcək
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ildə Azərbaycandan Gürcüstana 214,9 min ton dizel yanacağı ixrac olunub və bu da ümumi idxalı 19,4 faizini təşkil edib. Bu da 2019-cu illə müqayisədə 44,7 min ton və ya 26,3 faiz çoxdur.
Qeyd olunub ki, keçən il Gürcüstan 1106 min ton benzin və dizel yanacağı idxal edib və bu da 2019-cu illə müqayisədə 10 min ton çoxdur.
Keçən il Gürcüstan ümumilikdə 540,4 min ton benzin, 565,6 min ton dizel yanacağı idxal edib.
Ötən il Gürcüstan benzin və dizel yanacağını ən çox Rusiyadan alıb – 342,8 min ton. Bu da Gürcüstanın idxal etdiyi benzin və dizel yanacağının 31,4 faizini təşkil edib.
İl ərzində Azərbaycandan Gürcüstana 214,9 min ton, Rumıniyadan 206,9 min ton, Türkmənistandan 104,7 min ton, Yunanıstandan 45 min ton, Qazaxıstandan 41,5 min ton, Türkiyədən 16,6 min ton, Moldovadan 10,6 min ton dizel yanacağı ixrac olunub. (Azərtac)