Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.
FED.az Energetika Nazirliyinə istinadən xəbər veirir ki, bunun 476 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Bununla da Azərbaycan OPEC kvotasını 86,39 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.