"Brent" markalı neft cümə günü Azərbaycanın Energetika Nazirliyinin OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə verdiyi xəbərlərdən sonra bahalaşıb.
Eləcə də bax: «Neft uzun müddət bu səviyyədə qalsa - MƏZƏNNƏYƏ YENİDƏN BAXILA BİLƏR»
FED.az xəbər verir ki, OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin qiymətlərin sabitləşdirilməsi ilə bağlı iclasının aprelin 6-na təyin olunduğu barədə Azərbaycan Energetika Nazirliyinin yaydığı açıqlamadan sonra "Brent" markalı neftin bir barel üçün iyun fyuçerslərinin qiyməti 2,24% artaraq 30,61 dollar təşkil edib, WTI markalı neftin bir barel üçün may fyuçersləri isə 1,7% azalaraq 24,89 dollar olub.
Qeyd edək ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.