Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 milyard 789,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
FED.az xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu da illik müqayisədə 1,6% artım deməkdir.
Hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 8 milyard 485,4 milyon kVt-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu illik müqayisə ilə 1,5% artım deməkdir.
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı - 7 milyard 287 milyon kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-aprel göstəricisindən 2,1% azdır.
Qeyd etmək lazımdır ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi yəni 1 milyard 63,2 milyon Kvt/saatı (35,9% artım) su elektrik stansiyalarından, 129,6 milyon kvt/saatı (10,7% artım) günəş elektrik stansiyalarının payına düşüb.
Elektrik enerjisi, mln. kVt/saat |
2025-ci ilin yanvar- aprel aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Ümumi istehsal |
8 789,8* |
101,6 |
ondan: əmtəəlik |
8 485,4 |
101,5 |
istilik elektrik stansiyalarının istehsalı |
7 287,0 |
97,9 |
ondan: tullantıların yandırılmasından alınan elektrik enerjisi |
74,2 |
93,3 |
su elektrik stansiyalarının istehsalı |
1 063,2 |
135,9 |
külək elektrik stansiyalarının istehsalı |
5,6 |
28,4 |
günəş elektrik stansiyalarının istehsalı |
129,6 |
110,7 |
* əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan