2017-ci ilin birinci yarısında Azərbaycan 584 mln. 427,36 min kVt/saat elektrik enerjisi ixrac edib.
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan elektrik enerjisi ixracı 584 mln. 427,36 min kVt/saat təşkil edib. 2016-cı ilin birinci yarısında Azərbaycan $7 mln. 249,19 min məbləğində 166 mln. 595,5 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2017-ci ilin analoji dövründə Azərbaycandan elektrik enerjisi ixracının həcmi say ifadəsində 3,5 dəfə, dəyəri ifadəsində 3,4 dəfə artıb.
İxracın ümumi həcmində 55 mln. 833,93 min kVt/saat elektrik enerjisi Rusiya, 513 mln. 294,42 min kVt/saat elektrik enerjisi Gürcüstan, 15 mln. 299 min kVt/saat elektrik enerjisi İranın payına düşüb.
2017-ci ilin birinci yarısında Azərbaycan $1 mln. 828,72 min dəyərində 45 mln. 178,9 min kVt/saat elektrik enerjisi idxal edib. 2016-cı ilin analoji dövründə ölkəyə $1 mln. 946,21 min dəyərində 47 mln. 724,08 min kVt/saat elektrik enerjisi idxal edib. Beləliklə, hesabat dövründə say ifadəsində Azərbaycana elektrik enerjisi idxalı 5,4%, dəyər ifadəsində 6,1% azalıb.
Hökumətin məlumatına görə, 2017-ci ilin birinci yarısında Azərbaycan Rusiyadan 31 mln. 994,51 min kVt/saat elektrik enerjisi, Gürcüstandan 157,9 min kVt/saat elektrik enerjisi və İrandan 13 mln. 26,5 min kVt/saat elektrik enerjisi idxal edib.
2016-cı ildə Azərbaycandan elektrik enerjisi idxalı 110 mln. 787,38 min kVt/saat, ixracı 646 mln. 757,88 min kVt/saat təşkil edib.
İnterfax©