Bu ilin yanvar-iyul aylarında Azərbaycanın elektrik enerjisi ixracı 1 037,7 milyon kVt/s, idxalı isə 83,5 milyon kVt/s təşkil edib.
Azərbaycan elektrik enerjisinin istehsalını - ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 215,3 milyon kVt/s yaxud 26,2% artıb, idxal isə 16,6 milyon kVt/s və yaxud 16,6% azalıb.
Təkcə 2022-ci ilin iyul ayında isə Azərbaycanın elektrik enerjisi ixracı 374,2 milyon kVt/s olmaqla ötən ilin eyni dövrünə nisbətən 221,5 milyon kVt/s, idxalı isə 12,4 milyon kVt/s olmaqla 1 il əvvələ nisbətən 1,2 milyon kVt/s artıb (Report).