2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% azdır.
Təkcə dekabr ayında əhali 171,7 mln. manat dəyərində avtomobil benzini və dizel yanacağı satın alıb ki, bu da noyabr ayı ilə müqayisədə 7% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.