Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan, Serbiya və Bolqarıstan prezidentləri - İlham Əliyev, Aleksandar Vuçiç və Rumen Radev mərasimdə iştirak ediblər.
Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mərasim iştirakçılarını salamlayıb.
Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verib.
İlham Əliyev mərasimdə çıxış edib.
Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış ediblər.
Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə salıblar.