Azərbaycan 2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə təqribən 4,86 milyard kubmetr qaz tədarük edib.
FED.az xəbər verir ki, Türkiyənin Enerji bazarlarının nizamlanması İdarəsinin (EPDK) verdiyi məlumata görə, ötən ilin analoji dövründə bu göstərici 4,84 milyard kubmetr olub.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6,48 milyard kubmetr (2015-ci ildə 6,17 milyard kubmetr) təbii qaz ixrac edib.
İdarənin hesabatına əsasən, Türkiyə yanvar-senyabrda 39,62 milyard kubmetr qaz idxal edib.
Türkiyəyə idxal edilən ümumi qaz həcmində Azərbaycanın payı 12,3 faiz təşkil edir.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə qaz Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql edilir.