Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 mln. kVt-saat artaraq 19 245,2 mln. kVt-saat təşkil edib.
Azərbaycanın 8 ay üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu ilin 8 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 mln. kVt-saat artaraq 19 245,2 mln. kVt-saat, ixrac 1 530,6 mln. kVt-saat, idxal isə 169.3 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.
Məlumata görə, yanvar-avqust aylarında İstilik Elektrik Stansiyaları üzrə 17 714,1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 531,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.