Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya təxminən 1,9 milyard kubmetr qaz ixrac olunub.
"Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb"
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, ötən iki ayda Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,5 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql edilib.