Bolqarıstanın “Bulqarqaz” şirkəti Azərbaycandan təbii qaz tədarükünün bərpa olunduğunu açıqlayıb.
"Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir"
FED.az xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan məlumatda bildirilir ki, uzunmüddətli müqavilə əsasında qaz tədarükü artıq davam edir.
Xatırladaq ki, yanvarın 6-da Bolqarıstan qaz operatoru Azərbaycanın qaz tədarükündə texniki problemlər yarandığını və buna görə də yanvarın 7-dən etibarən qaz tədarükünün müvəqqəti dayandırıldığını açıqlamışdı.
Buna baxmayaraq, “Bulqarqaz” müştərilərinin qaz təminatında çətinlik yaşamaması üçün alternativ həll yollarına əl atıb. Şirkət Çiren qaz anbarından və Türkiyə ilə Yunanıstandakı LNG terminallarından qaz alaraq bütün sifarişləri vaxtında təmin edə bilib.
Azərbaycan qazının yenidən tədarükü Bolqarıstanın enerji təchizatı baxımından böyük əhəmiyyət daşıyır.