Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 10,5% çoxdur.
Ötən il Azərbaycanın qaz ixracı - 5,3 FAİZ ARTIB
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu ilin yanvar-fevral aylarında Avropaya 2,1 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0.6 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd. kubmetr qaz nəql edilib”, - paylaşımda qeyd olunub.