Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 457 min barel təşkil edib.
Azərbaycan iyunda “OPEC+” kvotasından gündəlik 87 min barel geri qalıb
FED.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 4 min barel azdır.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqustda faktiki hasilat 94 min barel geriləyib. (Report)